24 sentyabr 2022, 13:29

Zaur Cəfərovdan, Bakı, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin qətiyyətiniz sayəsində Qarabağ səmasında yenə günəş parladı. Sizin dəmir yumruğunuz birlik və güc rəmzi oldu.

Qarabağ Zəfərinə doğru addım-addım yaxınlaşan Azərbaycan 30 il ərzində çox çətinlikləri, maneələri aşdı. Bu zəfərə doğru gedilən yolda Sizin tərəfinizdən deyilən sözlər, verilən vədlər dəyişməz qaldı və yerinə yetirildi.

Bizim yaşadığımız hər qələbə sevincini Azərbaycan Ordusu Sizin liderliyinizlə əldə etdi.

Qarabağ Azərbaycandır!

Dərin ehtiramla,

Cəfərov Zaur Əliağa oğlu

Azərbaycanın əməkdar idman ustası, 5 qat dünya və 5 qat Avropa çempionu

Azərbaycan Respublikası, Bakı şəhəri.