24 sentyabr 2022, 10:33

Sahil Həsənov və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Siz xalqımıza Qələbə sevinci yaşadan və dəmir yumruğa dönmüş birliyimizin müəllifi kimi qəlbləri fəth edən əvəzolunmaz Lidersiniz. Sizin uzaqgörən siyasətiniz və ordu quruculuğu sahəsində aparılan uğurlu islahatlar Qarabağımızın mənfur düşmən işğalından azad olunmasının təcəssümüdür.

Biz laçınlı gənclər Sizin daxili və xarici siyasətinizi hamılıqla dəstəkləyirik. Sizin müdrik siyasətiniz və rəşadətli Ordumuzun gücü sayəsində 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalmış ərazilərimiz işğaldan azad edildi. İşğaldan azad edilmiş ərazilərə səfərləriniz, orada sosial-iqtisadi obyektlərin açılışlarında iştirakınız, quruculuq işləri ilə yaxından maraqlanmağınız bizim hər birimizi qürurlandırır.

2022-ci il sentyabrın 21-də Laçın şəhərinə səfəriniz və üçrəngli bayrağımızın Laçın şəhərində ucaltmağınız biz laçınlıları daha da ruhlandırdı.

Laçın rayonunun gəncləri olaraq son illərdə Azərbaycanın qazandığı zəfərlərlə qürur duyduğumuzu bildirir, qətiyyətinizə və Vətənə olan sevginizin böyüklüyünə görə Sizə dərin təşəkkür və minnətdarlğımızı bildiririk.

Çətin geosiyasi vəziyyətdə xalqımız və dövlətimiz üçün göstərdiyiniz yorulmaz işlərdə ulu Tanrıdan Sizə güc-qüvvət, möhkəm cansağlığı arzu edirik.

Allah Sizi, Azərbaycanımızı, xalqımızı və qalib Ordumuzu qorusun.

Yaşasın Azərbaycan!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Həsənov Sahil Sovet oğlu

Qasımov Şamo Saday oğlu

Əhmədov Ruslan Əli oğlu

Əliyev Nurlan Elxan

Alməmmədova Şəbnəm Şakir qızı

Yusifov Elsevər Ülfət oğlu

Laçın rayonunun gəncləri

Azərbaycan Respublikası, Ağcabədi rayonu.