23 sentyabr 2022, 18:37

Elbrus Təhməzovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Laçına səfər edən ilk dövlət başçısı olmaqla və strateji əhəmiyyətli rayonun mərkəzində Azərbaycanın Zəfər bayrağını ucaltmaqla ən böyük tarixi hadisələrdən birinə imza atdığınız üçün Sizə rayonun bütün əhalisi adından dərindən təşəkkür edirəm.

Xalqımızın əbədi Prezidenti, Türk dünyasının müzəffər liderlərindən biri kimi Sizə yeni-yeni uğurlar diləyirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Elbrus Təhməzov,

Milli Məclisin sabiq deputatı, Laçın səhər sakini.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.