23 sentyabr 2022, 17:57

Əkbər Qafarovdan, Şərur, Azərbaycan

Hörmətli cənab Prezident.

Bütün naxçıvanlılar Sizi səmimi qəlbdən dəstəkləyir, Vətənimizin azadlığı naminə atılan bütün addımlarınızı alqışlayır, daim Sizinlə olduğumuzu bildiririk.

44 günlük Vətən müharibəsi Azərbaycan tarixində şərəfli səhifə kimi qalacaq. “Qarabağ Azərbaycandır!” şüarı ilə səfərbər olan xalqımız Sizə inam və etimad göstərərək ətrafınızda birləşdi. Azərbaycanı bu möhtəşəm Qələbəyə aparan Sizin müdrik qərarlarınız, müzəffər Ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi oldu.

Allah Sizi və qüdrətli Ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Hörmətlə,

Qafarov Əkbər Zaur oğlu

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yuxarı Aralıq kəndi.