23 sentyabr 2022, 15:30

Rəşad Əlizadədən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin işğaldan azad edilmiş ərazilərimizə səfərləriniz, orada bərpa, quruculuq işlərinin gedişi ilə maraqlanmağınız bizi çox sevindirir. Bu günlərdə Laçın şəhərinə səfəriniz zamanı orada Azərbaycan Bayrağını ucaltmağınız və bir sıra tədbirlərdə iştirakınız bizə növbəti dəfə qürur hissi yaşatdı. Bu unudulmaz hissləri bizə yaşatdığınıza görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.

Cənab Prezident, ölkəmizin daha da inkişafı, xalqımızın xoşbəxtliyi naminə gördüyünüz bütün işlərdə Sizi dəstəkləyirik.

Sizə Gəncə şəhərinin gəncləri adından uzun ömür, möhkəm cansağlığı, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzu edirik.

Ulu Tanrı Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Əlizadə Rəşad Əsgər oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.