23 sentyabr 2022, 14:00

Murad Abbaslıdan, Sədərək, Azərbaycan

Hörmətli cənab Prezident.

Öncə, Sizi Sədərək rayon əhalisi adından salamlayır, Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayıram. Ölkəmiz və dövlətimiz üçün yorulmaz fəaliyyətinizi, böyük zəhmətinizi alqışlayır, gördüyünüz bütün işlərinizdə Sizə uğurlar diləyirəm.

Cənab Ali Baş Komandanımız, Sizin və qüdrətli Ordumuzun sayəsində artıq doğma Azərbaycanımız bütün dünyada güclü və qalib ölkə kimi tanınır, hörmətlə qarşılanır. Laçın şəhərinə səfərinizi və orada Azərbaycan Bayrağını ucaltmağınızı hədsiz sevinc hissi ilə izlədik. Belə xoş mənzərəni seyr etmək bizim çoxdankı arzularımızdan idi.

Allah Sizi bütün arzularınıza çatdırsın, cənab Prezident. Biz sədərəklilər hər zaman Sizin və qüdrətli Ordumuzun yanındayıq.

Hörmətlə,

Abbaslı Murad Oruc oğlu

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək kəndi.