23 sentyabr 2022, 12:50

Mirsəlim Təhməzovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin vətəndaşlara göstərdiyiniz qayğı və sevgi danılmaz və ölçüyəgəlməzdir. Azərbaycanın bütün bölgələrində avtomobil yollarının salınması, müasir orta məktəblərin inşa edilməsi, əhalinin mavi yanacaqla təmin edilməsi, yeni iş yerlərinin açılması sahəsində görülən böyük işlər Sizin müstəsna xidmətlərinizdəndir.

Bu yaxınlarda Prezident Administrasiyasının Vətəndaşların Qəbulu Mərkəzində oldum və işlə təmin olunmama kömək barədə xahiş etdim. Qəbulda iştirakımdan sonra qısa zaman kəsiyində işlə təmin olundum.

Buna görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə dərin təşəkkürümü bildirir, cansağlığı və işlərinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Təhməzov Mirsəlim Sahil oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Mirtəhməzli kəndi