23 sentyabr 2022, 11:40

Səbuhi Süleymanov və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin bölgələrimizin inkişafı ilə bağlı verdiyiniz tapşırıqlar, sosial-iqtisadi inkişafına dair qəbul etdiyiniz proqramlar uğurla icra olunur və biz bütün sahələrdə nəticələri görürük.

Tərtər rayonunun timsalında da görülən işlər Sizin regionlara göstərdiyiniz qayğı və diqqətin nəticəsidir. Rayonumuzda abadlıq-quruculuq işləri geniş vüsət alıb.

Cənab Prezident, Sizin rəhbərliyinizlə görülən bu işlər biz tərtərlilər tərəfindən böyük sevinclə və minnətdarlıqla qarşılanır. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Allah Sizi və ölkəmizi qorusun!

Hörmətlə,

Tərtər rayon sakinləri adından:

Süleymanov Səbuhi,

Həmidov Ədalət,

Salayev Üzeyir və başqaları.

Azərbaycan Respublikası, Tərtər rayonu.