Fəraim Əkbərovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
44 günlük Vətən müharibəsində göstərdiyiniz qətiyyətli mövqe və son günlərdə erməni təxribatlarına Sizin rəhbərliyinizlə müzəffər Ordumuzun verdiyi tutarlı cavab bizi daha da ruhlandırdı və qürurlandırdı.
Cənab Prezident, Siz öz dədə-baba torpaqlarına qovuşmağı böyük həsrətlə gözləyən vətəndaşlarımızın arzusunu yerinə yetirdiniz. İşğaldan azad olunmuş ərazilərdə Sizin tapşırığınızla “Böyük qayıdış”a start verildi. Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsi, ilk məktəbin açılışı və neçə ildən sonra tədrisin bərpası olduqca sevindiricidir.
Çətin geosiyasi vəziyyətdə xalqımız və dövlətimiz üçün göstərdiyiniz yorulmaz səylərdə Ulu Tanrıdan Sizə güc-qüvvət, möhkəm cansağlığı arzu edirik. Daim Sizin və dövlətimizin yanındayıq.
Allah Sizi və Vətənimizi qorusun!
Hörmətlə,
Əkbərov Fəraim Fərman oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.