16 sentyabr 2022, 15:37

Namik Ağayevdən, Masallı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da abadlıq-quruculuq işləri görülür. Son vaxtlar rayon mərkəzində narahat olan məhəllədaxili yollar asfaltlanmışdır. Masallı şəhərinin çoxsaylı vətəndaşları adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Siz vətəndaşların qayğısına qalırsınız, hər zaman xalqın yanındasınız. Əhalinin sosial problemlərinin həlli də daim Sizin diqqət mərkəzinizdədir. Bu qayğıkeş münasibət bizi sevindirir, Sizə olan rəğbətimizi və məhəbbətimizi daha da artırır.

Yolunuz hər zaman açıq olsun.

Hörmətlə,

Namik Ağayev

Azərbaycan Respublikası, Masallı şəhəri.