Məzahir Hacıyevdən, Ağdam, Azərbaycan
Möhtərəm cənab Prezident.
Birinci Qarabağ müharibəsi zamanı bir çoxları kimi mən də öz doğma torpaqlarımızdan məcburi köçkün düşmüşəm. Uzun illər acınacaqlı vəziyyətdə, çadır düşərgələrində yaşamışam. Sizin apardığınız siyasət nəticəsində, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması proqramına uyğun olaraq Ağdam rayon ərazisində məcburi köçkünlər üçün salınmış Birinci Dördyol qəsəbəsində evlə təmin olunmuşam.
Uzun müddət işğal altında olan torpaqlarımız 2020-ci ildə Vətən müharibəsi zamanı Sizin qüdrətli siyasətiniz və qətiyyətiniz sayəsində işğaldan azad olundu. Buna görə nəinki biz məcburi köçkünlər, ümumiyyətlə, bütün türk dünyası Sizə minnətdardır. Məcburi köçkün adını üzərimizdən götürdüyünüzə görə Sizə ailəmiz adından təşəkkürümü bildirir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Möhtərəm cənab Prezident.
Siz torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, Vətən müharibəsi zamanı evlərinə ziyan dəymiş ailələri də unutmadınız. Mənim də yaşadığım ev mənfur düşmənin atdığı mərmilərə tuş gəlmiş və evimə çox böyük ziyan dəymişdi. Sizin tapşırığınız əsasında evimiz tam bərpa edilmiş və əşyalarla birlikdə bizə verilmişdir.
Başda Siz olmaqla, bu işdə əməyi olan hər kəsə təşəkkür edir və Sizə gələcək fəaliyyətinizdə bol-bol uğurlar arzulayıram.
Hörmətlə,
Hacıyev Məzahir Zakir oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Birinci Dördyol qəsəbəsi.