Abbas Məmmədovdan, Neftçala, Azərbaycan
Hörmətli cənab Prezident.
Vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial layihələr Sizin vətəndaşlara olan diqqətinizin, qayğınızın əyani təsdiqidir.
Cənab Prezident, ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər vətəndaşlarımız tərəfindən böyük məmnunluqla qarşılanır.
Müvəqqəti çətinliklə əlaqədar xeyli vaxt idi ki, 2 aylıq kirayə haqqını ödəyə bilmirdim. Bununla bağlı müraciət etdim və məsələ öz müsbət həllini tapdı.
Sizin aztəminatlı ailələrin sosial problemlərinin həll olunmasında atdığınız bütün addımlar, qəbul etdiyiniz vacib qərarlar bir daha onu göstərir ki, xalqımızın sosial rifahının yaxşılaşdırılması dövlətimiz üçün əsas məqsədlərdən biridir.
Fürsətdən istifadə edərək Sizə, dərin minnətdarlığımı bildirir, ölkəmizin inkişafı, xalqımızın xoşbəxtliyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Məmmədov Abbas İsmayıl oğlu
Azərbaycan Respublikası, Neftçala rayonu.