05 sentyabr 2022, 13:35

Dilarə Ağakişiyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdüm. Şükürlər olsun ki, Sizin və qəhrəman Ordumuzun sayəsində köçkün adı üzərimizdən götürüldü.

Allah Sizin atanıza – ulu öndər Heydər Əliyevə və şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun.

Biz, dövlətimizdən hər zaman diqqət və qayğı görmüşük. Narahatlıq yaradan məsələlərlə əlaqədar lazımi işlər görülüb, problemlərimiz öz həllini tapıb. Əminik ki, tezliklə doğma torpaqlarımıza köçəcəyik və orada firavan həyat sürəcəyik.

Ulu Tanrı hər zaman köməyiniz olsun, cənab Prezident.

Hörmətlə,

Dilarə Ağakişiyeva

Cəbrayıl rayon sakini

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.