31 avqust 2022, 12:30

Fərhad Xəlilovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Təşkilatımızın rəssamları adından və şəxsən öz adımdan Sizin fəaliyyətinizə heyran olduğumuzu bildiririk. Sizin şücaətiniz sayəsində biz Laçına qayıtdıq. Bu ali ədalət və qürur hissi ilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik.

Sizin ölkəmiz naminə həyati vacib məsələləri hər zaman qətiyyətlə həll etməyiniz bizdə respublikamızın daha parlaq gələcəyinə güclü inam hissi yaradır.

Möhtərəm Prezident, arzumuz budur ki, Siz və Mehriban xanım möhkəm birliyinizlə qarşınıza qoyduğunuz bütün məqsədlərə çatasınız, bütün arzularınız həyata keçsin.

Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Hörmətlə,

Fərhad Xəlilov

Azərbaycan Rəssamlar İttifaqının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.