31 avqust 2022, 13:42
Tünzalə Zöhrabovadan, Naftalan, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Vətən müharibəsində şanlı Ordumuzun Sizin rəhbərliyinizlə qazandığı Zəfər tariximizin ən parlaq səhifələrindən birinə, xalqımızın milli qürur mənbəyinə çevrilib. Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə göstərdiyiniz qayğıya, diqqətə görə Sizə və Mehriban xanıma dərin təşəkkürümü bildirirəm.
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Zöhrabova Tünzalə Rasim qızı
Azərbaycan Respublikası, Naftalan şəhəri.