Aməd Məcidov və başqalarından, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz xalqımıza qələbə sevinci yaşadan və dəmir yumruğa dönmüş birliyimizi nümayiş etdirən Lidersiniz. Neçə illərdir həsrətində olduğumuz doğma Qarabağımızın mənfur düşmənin işğalından azad olunması damarında azərbaycanlı qanı axan hər kəsi qürurlandırır.
Yaşadığımız kənddə vaxtilə bizi narahat edən su problemləri var idi. Xüsusilə isti yay günlərində həyətyanı torpaq sahələrimizi suvara bilmirdik.
Sizin rəhbərliyinizlə insanları narahat edən problemlərin həlli istiqamətində böyük işlər görülməkdədir. Bizim yaşadığımız kənddə qaz, işıq və su problemləri aradan qaldırılıb.
Cənab Prezident, regionlarımızda görülən abadlıq-quruculuq işləri, rayon sakinlərinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər biz sakinlərdə böyük ruh yüksəkliyi və sevinc hissi yaradır. Buna görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Allah Sizi qorusun!
Hörmətlə,
Məcidov Aməd Məmməd oğlu,
Məcidov Cavid Əlibək oğlu,
Məcidova Lalə Feyzulla qızı,
Seyranov Fərid Dadaş oğlu,
Həsənov Royal Qənbər oğlu və başqaları,
Salyan rayonu, Bəydili kənd sakinləri.
Azərbaycan Respublikası, Salyan rayonu.