29 avqust 2022, 17:24

Məmməd İskəndərovdan, Kürdəmir, Azərbaycan

Salam cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin yürütdüyünüz siyasət və atdığınız uğurlu addımlar bir vətəndaş kimi məndə böyük ruh yüksəkliyi yaradır. Bu gün Laçın şəhərinin Azərbaycan Ordusunun tam nəzarəti altına keçməsi bizi çox sevindirir.

Doğma Azərbaycanımızın ərazi bütövlüyünün təmin edilməsi xalqımızın ürəyindəki nisgilə son qoydu, acı həsrətin yerini şirin vüsal tutdu. Bu gözəl günləri yaşadığımız üçün, bu şanlı tarixin canlı şahidləri olduğumuz üçün biz xoşbəxtik.

Vətən müharibəsi veteranı kimi Sizə öz minnətdarlığımı bildirir, tutduğunuz yolda ən gözəl uğurlar arzu edirəm.

Hörmətlə,

İskəndərov Məmməd Yunis oğlu

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Qaramahmudlu kəndi.