11 avqust 2022, 12:50

Yeganə Nuriyevadan, Sumqayıt, Azərbaycan

Hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız.

Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın azad olunması ilə Siz Azərbaycanın yeni tarixini qızıl hərflərlə yazdınız.

Siz ölkəmizə qarşı ədalətsiz torpaq iddialarına, torpaqlarımızın işğalına birdəfəlik son qoymaqla çoxsaylı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq arzularını doğrultdunuz.

Mən Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət müstəqilliyimizin qorunması uğrunda 1993-cü ildə şəhid olmuş Xanlar Eldar oğlu Nuriyevin həyat yoldaşıyam.

Şəhid ailələrinə və qazilərə göstərdiyiniz qayğı və diqqət daim xalqımız tərəfindən yüksək qiymətləndirilir. Mən də şəhid ailəsi kimi bu qayğı ilə əhatə olunmuşam və Sumqayıt şəhərində tam təmirli 2 otaqlı mənzillə təmin olunmuşam.

Qayğı və diqqətinizə görə Sizə minnətdarıq, cənab Prezident.

Hörmətlə,

Nuriyeva Yeganə Muxtar qızı

Şəhid ailəsi

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.