09 avqust 2022, 15:32
Elçin Musayevdən, Bakı, Azərbaycan
Hörmətli və əziz Prezident, Müzəffər Ali Baş Komandan.
Siz Azərbaycan tarixinə qızıl hərflərlə şanlı və qürurlu səhifələr yazdınız, “Qarabağ Azərbaycandır!” şüarını həyata keçirdiniz.
Cənab Prezident, biz Sizinlə fəxr edirik. Müstəqil Azərbaycanın gündən-günə çiçəklənməsi Sizin sayənizdədir. Birdəfəlik ödəmələrin həyata keçirilməsinə yaradılan şəraitə görə bir Qarabağ qazisi kimi Sizə minnətdaram. Müharibə veteranları Sizi çox sevir və hər zaman əmrinizə hazırdırlar.
Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan dövləti!
Hörmətlə,
Musayev Elçin Aydın oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.