05 avqust 2022, 14:26

Yalçın Hüseynovdan, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin Ali Baş Komandan kimi 44 günlük Vətən müharibəsində qəbul etdiyiniz siyasi, hərbi qərarlar “Böyük Zəfər”imizi şərtləndirdi. Qələbəmizin simvoluna çevrilən “Dəmir yumruğ”un sadəcə gücü deyil, xalqımızın birliyini də təcəssüm etdirdiyini sübut etdiniz.

Mən Vətən müharibəsi qazisi olaraq “Qubadlının azad olunmasına görə”, eyni zamanda, müharibə iştirakçısı kimi digər medallarla təltif olunmuşam.

Cənab Prezident, bu yaxınlarda qayğı və diqqətiniz sayəsində işlə təmin olunduğuma görə Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Sizin dünənki, bugünkü və sabahkı əsgəriniz kimi hər zaman döyüşə hazıram.

Tanrı Sizi qorusun.

Dərin hörmət və ehtiramla,

Hüseynov Yalçın Eldar oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu.