Hakim Vəliyevdən, Cəlilabad, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu xarici siyasi kurs Sizin tərəfinizdən uğurla davam etdirilərək ölkəmizi dünyanın aparıcı ölkələrindən birinə çevirmiş, mötəbər təşkilatlar vasitəsilə dünyaya haqq səsimizi çatdırmağa, prinsipial mövqeyimizi ortaya qoymağa şərait yaratmışdır.
Sizin 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyiniz liderlik, yenilməz sərkərdəlik keyfiyyətləri bütün dünyaya əsl liderin simasını göstərdi.
Dünyanın aparıcı ölkələrinin liderlərinin Sizinlə məsləhətləşmələr aparmasına, mövqeyimizin dəstəklənməsinə görə hər bir vətəndaş kimi, mən də qürur hissi keçirirəm.
Bütün sahələrdə həyata keçirdiyiniz islahatlar ölkəmizin surətli inkişafına, əhalinin sosial-rifah halının yaxşılaşmasına xidmət edir.
Cənab Prezident, bütün bunlara görə Zati-alinizə sonsuz mninnətdarlığımı ifadə edir, Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Dərin hörmət və ehtiramla,
Vəliyev Hakim Vahid oğlu.
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Privolnoye kəndi.