04 avqust 2022, 14:05

Cavadxan Rəciyevdən, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Siz 44 günlük Vətən Müharibəsində Vətənimiz uğrunda qətiyyətlə mübarizə aparmış, hərbi, siyasi və diplomatik sahələrdə döyüşmüsünüz. Sizin qətiyyətiniz, şücaətiniz, güclü siyasi iradəsi olan dövlət xadimi kimi keyfiyyətləriniz bir daha Vətənə bağlı Lider, ölkə başçısı olduğunuzu göstərdi.

Bu Vətən Sizin kimi qayğıkeş, xalqını dərin məhəbbətlə sevən oğlu olduğuna görə çox şanslıdır.

Şəhid atası olaraq, şəhid ailələrinə və müharibə qazilərinə göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə dərin təşəkkürümü bildirirəm.

Allah Sizi qorusun.

Dərin hörmət və ehtiramla,

Rəciyev Cavadxan Şaban oğlu

Şəhid atası

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.