03 avqust 2022, 17:00

Camal Bağırovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Xalqımızın rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində yorulmaz fəaliyyətinizə görə Sizə təşəkkür edir və bu yolda uğurlar arzulayıram.

Aztəminatlı ailəmizə göstərilən diqqət və qayğı bizdə xoş gələcəyə inamı artırır. Bu yaxınlarda ailəmizə ünvanlı sosial yardım təyin olunması bu qayğının göstəricisidir. Dövlət qayğısını daim üzərimizdə hiss etməyimizdən məmnunuq.

Bu cür diqqət və qayğıya görə ailə üzvlərimin adından Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Bağırov Camal İqbal oğlu

Azərbaycan Respublikası, Astara rayonu.