03 avqust 2022, 13:22

Dilbər Pur Əbu Səididən, Bakı, Azərbaycan

Əziz və dəyərli Prezident.

Siz bizim ailə üçün çox dəyərli və qiymətlisiniz. Sizin başçılıq etdiyiniz ölkədə yaşamaqdan qürur duyur, Sizinlə fəxr edirik.

Ölkəmizdə gedən inkişaf sayəsində Azərbaycan bütün dünyada tanınır, bütün bölgələr gözəlləşir, insanların rifahı yüksəlir. Bütün bunlar Sizin yorulmaz fəaliyyətiniz sayəsində olduğu üçün Sizə minnətdarıq.

Ölkəmizdə keçirilən və bütün dünyaya səs salan festivallar, idman yarışları Sizin zəhmətinizlə başa gəlib. İnsan bəzən ölkədən kənara çıxmayınca bu inkişafın miqyasını tam dərk etmir. Bir il əvvəl qızımın müalicəsi ilə bağlı Türkiyədə olarkən ölkəm haqqında eşitdiyim gözəl sözlər qəlbimi dağa döndərdi. Hər kəs qısa zamanda sürətli inkişafı təmin etdiyiniz üçün Sizin fəaliyyətinizdən, iqtisadiyyatın düzgün istiqamətləndirilməsindən ürəklə söz açırdı.

Bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və ailənizi qorusun, cansağlığı versin. Etdiyiniz bütün xeyirxah işləri Allah özü mükafatlandırsın.

Var olun, cənab Prezident.

Hörmətlə,

Dilbər Pur Əbu Səidi

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.