02 avqust 2022, 15:41

Həkimxan Hüseynovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan kimi qəbul etdiyiniz siyasi, hərbi qərarlar çoxdan bəri gözlədiyimiz Qələbəmizi tariximizin şanlı səhifəsinə çevirdi. Siz həm ölkə başçısı, həm də bir övlad kimi öz tarixi missiyanızı yerinə yetirdiniz.

Vətən müharibəsindən sonra Qarabağımızda aparılan möhtəşəm quruculuq işləri göz oxşayır. Bütün bu quruculuq işləri dövlətimizin gücünü, Sizin güclü siyasi iradənizi göstərir.

Mənfur düşmənlərimizin işğal dövründə torpaqlarımızda törətdiyi vəhşiliklərin, ekoloji terrorun təzahürlərini görməkdəyik. Doğma Qarabağımızda basdırılan minalar bu gün vətəndaşlarımızın həyatı üçün olduqca təhlükəlidir.

Zati-aliniz tərəfindən bu istiqamətdə atılan addımlar vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasına, eyni zamanda, öz torpaqlarından didərgin düşmüş sakinlərin qısa müddət ərzində dədə-baba torpaqlarına qovuşmasına xidmət edir.

Mən ötən ay Sizə şəhid qardaşımın məzarını ziyarət etmək üçün müraciət etdim və çox sağ olun ki, mənim müraciətimi nəzərə aldınız, şəhid qardaşımın qəbrini ziyarət etdim.

Cənab Prezident, buna görə Sizə dərin təşəkkürümü bildirirəm.

Dərin hörmət və ehtiramla,

Hüseynov Həkimxan Qulam oğlu

Ağdam rayonu Papravənd kəndindən məcburi köçkün

Azərbaycan Respublikası, Tərtər rayonu, Yeni qəsəbə.