01 avqust 2022, 17:29

Abdulla Əhədovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz xalqımızın yenilməz Sərkərdəsisiniz. Artıq hər birimizin ürəyində Sizin qəhrəmanlıq abidəniz ucalıb. Müzəffər Ali Baş Komandan kimi Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və alqışlayırıq.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan ciddi addımlar da xalqımızın ürəyindən xəbər verir. Bu sahədə görülən işlərin sayəsində aztəminatlı ailələrin yaşayış şəraiti və güzəranı xeyli dərəcədə yaxşılaşmışdır.

Bizim ailəmizə də aztəminatlılıq meyarına uyğun olaraq ünvanlı sosial yardımı təyin olundu və çoxuşaqlı ailə kimi müavinətlə təmin olunduq. Eyni zamanda, əlilliyi olan ailə üzvlərimiz də sosial müavinətlə təmin edildi.

Ailəmizə göstərilən nəcib qayğıya görə dövlətimizə və Sizə dərin təşəkkürümüzü bildiririk.

Allah Sizi və xalqımızı qorusun, yaşasın Azərbaycan!

Hörmətlə,

Əhədov Abdulla Xeyrulla oğlu

Azərbaycan Respublikası, Astara rayonu, Pəlikeş kəndi