02 avqust 2022, 13:45

Samirə Hüseynovadan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan dövlətinin bütövlüyünün qorunmasında, müstəqilliyimizin bərpa edilməsində misilsiz xidmət, hünər göstərmiş ulu öndər, ümummilli lider, atanız Heydər Əliyevin siyasətini layiqincə davam etdirirsiniz.

Sizin xalqımızın rifahı üçün qəbul etdiyiniz vacib qərarlar bizim ailədən də yan keçməyib. Keçirdiyiniz sosial islahatların nəticəsidir ki, ailəmiz tam dövlət qayğısı ilə hər zaman əhatələnib. Belə ki, iki övladım sağlamlıq imkanları məhdud uşaqlar olduğuna görə onlara sosial müavinət və mənə qulluğa görə Prezident təqaüdü hər ay ödənilir, digər tərəfdən də aztəminatlı ailə olduğumuza görə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.

Əziz Prezidentimiz, bir ana olaraq övladlarıma və mənə göstərilən qayğıya görə Sizə təşəkkürümü bildirirəm.

Allah hər zaman köməyiniz olsun. Sizin qayğınızın nəticəsidir ki, bu gün biz rahat və firavan şəkildə övladlarımızı böyüdürük.

Hörmətlə,

Samirə Hüseynova

Azərbaycan Respublikası, Lənkəran rayonu, İstisu kəndi