01 avqust 2022, 13:52

Zümrüd Şükürovadan, Bakı, Azərbaycan

Əziz Prezidentimiz, Müzəffər Ali Baş Komandan.

Qəhrəman Vətən övladlarının uğrunda canını fəda etdikləri doğma Azərbaycanın bütün sahələrdə inkişafını, dövlətimizin ildən-ilə möhkəmlənməsini və bütün dünyada tanınmasını, mövqeyinin güclənməsini gördükdə biz şəhid ailələri böyük qürur hissi keçiririk.

Sizin şəhid ailələrinə xüsusi qayğınız, onların sosial rifahını artırmaq, yaşayışlarını yaxşılaşdırmaq üçün gördüyünüz tədbirlər biz şəhid ailələrini çox sevindirir.

Şəhid ailələrinin mənzillə, Prezident təqaüdü, digər müavinətlərlə təmin olunması istiqamətində aparılan işlərdən çox razıyıq və buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin şəhid ailələrinə olan qayğıkeş münasibətiniz, diqqətiniz bizə təsəlli verir və biz bu qayğını yüksək qiymətləndiririk.

Mən də bu qayğıdan kənarda qalmamışam. Ramana qəsəbəsində mənzillə təmin olunmuşam. Buna görə övladlarımın və özümün adından Sizə səmimi qəlbdən təşəkkür edir, möhkəm cansağlığı, uzun ömür, şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Şükürova Zümrüd Tofiq qızı

Şəhid ailəsi

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.