30 iyul 2022, 13:22

Murad Əfəndiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan.

Xalqımızın 30 il həsrətlə gözlədiyi arzusunu həyata keçirdiyiniz üçün Sizin adınız Azərbaycan tarixinə qızıl qələmlə yazıldı. Bütün dünyada yaşayan azərbaycanlılar Vətənimizin əzəli torpaqlarının qaytarılmasına, Qarabağın azad edilməsinə görə Sizə minnətdardır.

Mən bu Zəfərin bir parçası olduğuma görə xoşbəxtəm. Vətən müharibəsi əlili kimi Sizin diqqət və qayğınızla əhatə olunmuşam. Vaxtlı-vaxtında reabilitasiya mərkəzlərində müalicə alıram. Mənzillə də təmin olunmuşam.

Təməlini ulu öndər Heydər Əliyevin qoyduğu uğurlu siyasətin davamçısı kimi Sizə gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Hər zaman Sizin əmrlinizlə ön sırada döyüşməyə hazıram!

Var olun, cənab Prezident.

Hörmətlə,

Əfəndiyev Murad Nəsrəddin oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi