28 iyul 2022, 15:15

Etibar Əhmədovdan, Mingəçevir, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Sizin mükəmməl rəhbərliyinizlə, qətiyyətli mövqeyinizlə erməni işğalçıları üzərində əzəmətli və möhtəşəm bir Zəfər qazandıq. Bu Zəfər bütün azərbaycanlılar kimi, mənim də ürəyimi, hisslərimi riqqətə gətirdi. Zəfərimizin ölçüyəgəlməz ehtişamının miqyasını, əhəmiyyətini tam olaraq vəsf etməyə söz kifayət etmir. Bu Zəfərimizlə başımız dikəldi, qürurlu xalq kimi tanındıq.

Sevimli rəhbərim, Siz millətimizin, xalqımızın, Vətənimizin və dövlətimizin simasısınız. Rəsmi səfərlərdə şux, qürurlu və şahanə yerişiniz, birnəfəsə dinlədiyimiz çıxışlarınız şəxsən mənə həddən ziyadə zövq verir, böyük fəxarət hissi yaşadır.

Bu Zəfərin müəllifi, Qələbənin baş sərkərdəsi kimi xalq Sizi sevir. Siz həm də mürəkkəb regional və beynəlxalq şəraitdə, böyük güclərin arasında ölkəmizi bütün təsirlərdən qorumağı bacarırsınız. Siz qızıl qələmlə şanlı bir tarix yazdınız.

Mən də Mingəçevir şəhərinin sakini kimi bizə bu böyük Zəfər sevincini yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, Sizə isə cansağlığı və böyük uğurlar arzulayıram.

Var olun, cənab Prezident.

Hörmətlə,

Etibar Əhmədov

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.