Nərgiz Həbibbullayevadan, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sağlamlıq imkanları məhdud olan uşaqlara Sizin və hörmətli Mehriban xanımın dəstəyi ilə dövlət qayğısı göstərilir, onların sağlamlıqlarına qovuşması üçün hər cür şərait yaradılır. Bölgələrimizdə qurulan sosial xidmət mərkəzləri də yaradılan şəraitin tərkib hissəsidir. Bu cür mərkəzlərin yaradılması biz valideynlərin maariflənməsinə, gələcəyimiz olan uşaqların sağlam həyata olan inamlarının artmasına səbəb olur.
Hörmətli cənab Prezident, mənim övladım 6 aydır ki, sosial xidmət mərkəzində sosioloji, psixoloji və loqopedik dəstək alır və artıq xüsusi qayğı nəticəsində sağlamlığında irəliləyişlər nəzərə çarpır.
Bir valideyn kimi arzum budur ki, övladım cəmiyyətdə öz layiqli yerini tutsun və Vətənimizə, dövlətimizə layiqli vətəndaş olsun.
Qüsurlu uşaqlara göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə və hörmətli Mehriban xanıma sonsuz təşəkkürümü bildirirəm.
Dərin hörmət və ehtiramla,
Həbibbullayeva Nərgiz Həbibbula qızı
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.