Elnur Əkbərovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan tarixinin şanlı səhifələri olmaqla hər birimizin ürəyini qürurla doldurdu. Mənim keçirdiyim qürur hissini ikiqat edən isə verdiyiniz döyüş əmrinə qatılaraq mənfur düşmənin Ordumuza qarşı başladığı iri miqyaslı hücuma qarşı döyüşməyimdir. 30 illik həsrətə son qoymaq üçün Aprel döyüşlərində də iştirak etmişəm. Zəfər tariximizdə mənim də payımın olması mənə bir ömürlük xoşbəxtlik hissləri bəxş etdi.
Döyüş yolumdakı xidmətimə görə Füzulinin və Xocavəndin azad olunmasına görə, həmçinin “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam.
Bu Qələbəni bizlərə yaşatdığınız üçün Sizə özümün və ailə üzvlərimin minnətdarlığını çatdırıram. Azərbaycan xalqının rifahı naminə gördüyünüz işlərdə Sizə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Əkbərov Elnur İmamverdi oğlu
II qrup müharibə əlili
Azərbaycan Respublikası, Bakı şəhəri.