Vüsal Cəfərovdan, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin yüksək idarəçiliyiniz, qətiyyətiniz və bacarığınız, xalqımızın siyasi iradəsi, Ordumuzun gücü və qüdrəti sayəsində 30 illik işğala son qoyuldu. Bu Zəfərlə torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin qisası alındı.
Mən şəhid qardaşıyam. Bütün şəhid ailələri adından Sizinlə fəxr etdiyimizi bildirirəm. Həm də bütün şəhid ailələri adından əhatə olunduğumuz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Elə bayram, elə əlamətdar gün yoxdur ki, şəhid ailələri yad edilməsin. Problemlərimizə həssaslıqla yanaşılır. Evimizin dam örtüyünün dəyişdirilməsi, atamın yas məclisinin təşkili də bu qayğının təcəssümüdür.
Hər şeyə görə çox sağ olun, cənab Prezident. Allah Sizi qorusun.
Hörmətlə,
Cəfərov Vüsal Səfər oğlu
Azərbaycan Respublikası, Tərtər rayonu.