22 iyul 2022, 15:39

Savxan Alıyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə bütün sahələrdə aparılan islahatlar səhiyyə sahəsində də öz bəhrəsini verməkdədir. Dövlətimizin başçısı kimi Sizin gərgin əməyinizin nəticəsidir ki, bu gün Azərbaycan ən nüfuzlu ölkələrdən birinə çevrilmişdir. İnsanların sosial-rifah halının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması Sizin, dövlətimizin başlıca fəaliyyət istiqamətlərindəndir.

Möhtərəm Prezident, Sizin səhiyyə sisteminə göstərdiyiniz qayğının nəticəsidir ki, bu gün xəstəxanalar ən müasir avadanlıqlarla, maddi-texniki baza ilə təchiz olunur, tibb işçiləri təcrübələrinin, ixtisaslarının daha da artırılması üçün xarici ölkələrə təlim kurslarına göndərilir. Bütün bunlar Sizin səhiyyə sahəsinə, tibbə verdiyiniz önəmin bariz nümunələridir.

Mən ötən ay cərrahiyyə əməliyyatı keçirmişəm. Mənə göstərilən qayğı, diqqət Sizin sadə vətəndaşlara olan münasibətinizin təcəssümüdür.

Bütün bunlara görə Sizə və Mehriban xanıma dərin təşəkkürümü bildirirəm.

Dərin hörmət və ehtiramla,

Alıyev Savxan İrza oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.