İlhamə İbrahimovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin dəmir yumruğunuz bütün dünyada düşmənlərimizi qorxuya saldı, dostlarımızı qürurlandırdı.
Son illər respublikamızda bütün sahələr sürətlə inkişaf edir. Siz bütün bölgələrə qayğı göstərir, hər sahəyə diqqət ayırırsınız. Allah Sizdən razı olsun.
Cənab Prezident, gördüyünüz bütün işləri, həyata keçirdiyiniz uğurlu islahatları dərin minnətdarlıq hissi ilə qarşılayırıq. Sizi daim dəstəkləyəcək, ətrafınızda sıx birləşərək dövlətimizin daha da inkişafı üçün var qüvvəmizlə çalışacağıq.
Hər bir vətəndaşa göstərdiyiniz diqqət və qayğı üçün çox sağ olun. Sadə bir vətəndaş, ibtidai sinif müəllimi olaraq Sizə təşəkkürümü bildirirəm.
Allah Sizi və çox dəyərli ailənizi qorusun, cənab Prezidentimiz. Var olun!
Hörmətlə,
İbrahimova İlhamə Elman qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri.