20 iyul 2022, 17:54

İvtixar Piriyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi münasibəti ilə imzaladığınız Sərəncam kollektivimizin böyük sevincinə səbəb oldu.

Bu xoş hadisəni İrəvan teatrının timsalında ümumən Azərbaycan mədəniyyətinə, o cümlədən Azərbaycan teatr sənətinə olan diqqət və qayğınızın təzahürü kimi qiymətləndiririk.

Bu diqqət və qayğıya görə Zati-alinizə kollektivimizin minnətdarlığını çatdırıram.

Hörmətlə,

Piriyev İvtixar Fəhrat oğlu, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət xadimi.

Azərbaycan Respublikası, Bakı şəhəri.