Vaqif Səlimovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin dediyiniz kimi, Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək.
Azərbaycanın həm iqtisadi, həm siyasi arenada əldə etdiyi uğurlar ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi islahatların və Sizin apardığınız uğurlu siyasətin məntiqi nəticəsidir.
Bu uğurların bir göstəricisi də dövlət və özəl qurumlarda yeni iş yerlərinin açılmasıdır. Ölkənin bütün bölgələrində nümunəvi xidmət sahələri açılır, insanlara xidmətin keyfiyyəti yüksəlir. Bu yaxınlarda mənim oğlum da yeni açılan xidmət sahəsində işlə təmin olundu.
Azərbaycanın inkişafı üçün görülən işlərə görə ailə üzvlərim adından Sizə təşəkkür edir, verəcəyiniz hər bir tapşırığı şərəflə yerinə yetirməyə bir müsəlləh əsgər kimi daim hazır olduğumuzu bildiririk.
Yaşasın müstəqil Azərbaycanımız!
Dərin hörmət və ehtiramla,
Səlimov Vaqif Səmid oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.