18 iyul 2022, 16:41

Qəşəm Əhmədovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə daim diqqət və qayğı göstərirsiniz.

Şəhid ailələrinin mənzil şəraiti yaxşılaşdırılır, üzləşdiyimiz məişət problemləri dərhal həll edilir. Bu yaxınlarda həyat yoldaşımın yas məclisinin təşkili dövlətimizin hər zaman bizim yanımızda olduğunu göstərir.

Hörmətli cənab Prezident, bu gün biz şəhid ailələri dövlətimiz tərəfindən qayğı ilə əhatə olunmuşuq. Şəhid ailələrinə və qazilərə göstərdiyiniz xüsusi qayğı və diqqətə görə Sizə bir şəhid ailəsi olaraq dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əhmədov Qəşəm Süleyman oğlu

Şəhid atası

Azərbaycan Respublikası, Gəncə şəhəri.