18 iyul 2022, 12:55
Elçin Əlibəylidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
İrəvanda azərbaycanlıların yaratdığı böyük mədəni irsin nümunəsi olan İrəvan Dövlət Azərbaycan Dram Teatrı bizə tariximizi unutmağa qoymayan bir rəmzdir.
Ümummilli lider Heydər Əliyev İrəvanda bu teatrın yaşaması üçün xidmətlər göstərmiş, Bakıda fəaliyyətinin qurulmasını təmin etmişdir. Siz də bu böyük əməli davam etdirmiş, hər zaman İrəvan teatrını diqqət, qayğı ilə əhatə etmisiniz.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi ilə bağlı imzaladığınız Sərəncama görə Sizə sonsuz minnətdarlığımı ifadə edirəm.
Hörmətlə,
Elçin Əlibəyli
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikası, Bakı şəhəri