16 iyul 2022, 16:20

Oqtay Əliyev və Dilarə Əliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

İrəvan Dövlət Dram Teatrının 140 illiyinin qeyd olunması xəbəri ömrünü bu mədəniyyət ocağına həsr etmiş ailə üzvlərimiz tərəfindən sevinc və minnətdarlıq hissləri ilə qarşılandı.

Müzəffər lider kimi, Siz təkcə əraziləri deyil, həm də mədəniyyətimizi qoruyub, yaşadırsınız.

İrəvan Dövlət Dram Teatrının yaşaması üçün ümummilli lider Heydər Əliyevin və Sizin illər ərzində böyük əməyiniz olmuşdur. “Böyük Qayıdış”ın canlı simvolu olan ocağın yaşaması Sizin adınızla bağlıdır. Sizə çox minnətdarıq.

Hörmətlə,

Əliyev Oqtay - Əməkdar artist

Əliyeva Dilarə - Əməkdar artist

Azərbaycan Respublikası, Bakı şəhəri