16 iyul 2022, 13:24

Vidadi Əliyev və Elmira İsmayılovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

İrəvan mahalında yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərindən biri olan İrəvan Dövlət Dram Teatrının yubileyi ilə bağlı imzaladığınız Sərəncam 1967-ci ildən ömrünü bu teatra bağlamış, teatrın qaçqınlıq dövründə yaşaması üçün can qoymuş yaradıcı insanlar kimi, bizi də çox sevindirdi. Buna görə Sizə səmimi qəlbdən təşəkkür edirik.

Hələ İrəvanda çalışarkən teatrımız heç vaxt ümummilli lider Heydər Əliyevin diqqətindən kənarda qalmırdı. Teatrın Bakıda fəaliyyət göstərməsi üçün hər zaman Sizin qayğınızın şahidi olmuşuq.

Daim var olasınız.

Hörmətlə,

Əliyev Vidadi Hüseyn oğlu - Xalq artisti

İsmayılova Elmira Məhərrəm qızı - Xalq artisti

Azərbaycan Respublikası, Bakı şəhəri