15 iyul 2022, 14:14

Sənan Əmirovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Müstəqillik Günü ərəfəsində imzaladığınız Sərəncama əsasən əfv olunmağım mənə və ailəmə böyük sevinc yaşatdı. Buna görə Sizə səmimi qəlbdən minnətdarıq.

Sizin növbəti humanist addımınızla mən vaxtından əvvəl azadlığa çıxaraq ailəmə qovuşdum. Sizə sonsuz təşəkkürümü bildirib uca Allahdan cansağlığı arzu edirəm. Mən də bundan sonrakı həyatımı düzgün yaşayıb dövlətimə və ailəmə layiqli övlad olacağam.

Siz müstəqil Azərbaycanın azad yaşaması və inkişafı üçün öz həyatını dövlətinə, xalqına həsr edən əsl Lidersiniz. Ölkəmizin Müzəffər Ali Baş Komandanı kimi, hər an Sizin əmrinizə tabe olaraq Vətən uğrunda canımdan keçməyə hazıram.

Hörmətlə,

Əmirov Sənan Arif oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Soyuqbulaq kəndi.