17:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanı qəbul edib.
Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət prioritetlərində müsəlman ölkələri ilə əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edərək, bu əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla aparıldığını bildirdi. Dövlətimizin başçısı ölkəmizin İƏT ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışdığını qeyd etdi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan bir çox müsəlman ölkələri ilə də sıx əməkdaşlıq edir. Bununla əlaqədar dövlətimizin başçısı bu günlərdə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis ediləcəyini məmnunluqla vurğuladı.
Prezident İlham Əliyev həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı işğal illərində ermənilər tərəfindən tarixi və mədəni abidələrimizin, o cümlədən məscidlərimizin vəhşicəsinə darmadağın edildiyini bildirərək bunu xalqımıza qarşı mədəni soyqırımı, bütün müsəlman ölkələrinə qarşı təhqir kimi dəyərləndirdi.
Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələrindən, o cümlədən dini abidələrimizin bərpası istiqamətində görülən işlərdən danışdı.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərindən məmnunluq hissi keçirdiyini qeyd etdi. Hissein Brahim Taha Azərbaycanın İƏT üçün çox önəmli ölkə olduğunu bildirərək dövlətimizin başçısının lider kimi fəaliyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, İƏT Prezident İlham Əliyevin üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətindəki mövqeyinin dünya miqyasında təşviq edilməsi üçün yorulmaz səylər göstərir.
Prezident İlham Əliyev BMT tərəfindən də təqdir edilən və İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurasının birgə əməkdaşlığının təzahürü olan Bakı Prosesinin mədəniyyətlərarası dialoqa verdiyi töhfəni xüsusi qeyd etdi.
Görüşdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında həmrəyliyin önəmi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Dünyanın bəzi regionlarında islamofobiya meyillərinin artdığı bildirildi və onun qarşısının alınması istiqamətində birgə fəaliyyətin aparılmasının vacibliyi vurğulandı.
Hörmətli xanım Prezident,
Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Az...
11 noyabr 2026, 11:10
Hörmətli cənab Prezident.
Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azər...
10 noyabr 2026, 11:41Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların...
10 noyabr 2026, 11:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...
09 noyabr 2026, 14:00Əlahəzrət,
Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Kamboca arasında münasibətlərin yüksələn x...
09 noyabr 2026, 11:22