28 iyun 2022, 12:30

Cəmil Hacıyevdən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Çoxdan idi ki, oğlumun uğrunda şəhid olduğu torpaqlara səfər etmək, bu torpaqlardan onun qoxusunu almaq istəyirdim. Çox sağ olun ki, Tərtər rayonundan olan şəhid ailələrinin rayonun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərinə səfəri təşkil olundu. Bu, bizə bir təskinlik, bir təsəlli oldu. Getdik, 30 ildən sonra o yerləri gördük.

Biz şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə, bizə şanlı Qələbə sevinci yaşatdığınız üçün Sizə minnətdarıq.

Hörmətlə,

Hacıyev Cəmil Cabbar oğlu

Şəhid atası

Azərbaycan Respublikası, Tərtər şəhəri.