25 iyun 2022, 14:20

Hikmət İsmayılovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizin səhiyyə sahəsində səmərəli fəaliyyətləri nəzərə alınaraq "Tərəqqi" medalı ilə təltif etdiyiniz həmkarlarımın, eyni zamanda, özümün adından tibb işçilərinə göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin tərəfinizdən bizim xidmət və fəaliyyətimizə verilmiş yüksək qiymət hər birimizin gələcək fəaliyyətinə stimul verərək, xalqımızın, dövlətimizin xidmətində durmaq hissini daha da möhkəmləndirir, bizi daha bacarıqlı olmağa səsləyir.

İrəlilədiyiniz uğurlu yolda Sizə yeni müvəffəqiyyətlər, möhkəm cansağlığı arzu edirəm.

Dərin hörmət və ehtiramla,

İsmayılov Hikmət İbrahim oğlu

“MedServis” özəl tibb mərkəzinin direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri