25 iyun 2022, 12:00

Sətdar Xuduyevdən, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident.

Mənim oğlum Vətən müharibəsi iştirakçısıdır. O, müharibə dövründə bir çox bölgələrdə döyüşlərdə iştirak etmişdir. Oğlumun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş və Sizin tərəfinizdən bir neçə medalla təltif olunmuşdur. Bir ata olaraq mən bununla fəxr edirəm.

Sizin müharibə iştirakçılarına qayğı göstərilməsi, o cümlədən onların işlə təmin olunması barədə tapşırıqlarınız bu gün yerlərdə uğurla icra edilməkdədir. Mənim oğlum da işlə təmin olunmuşdur və işindən razıdır.

Əziz Prezidentimiz, bir ata olaraq, oğluma göstərilən köməyə görə onun və özümün adından Sizə təşəkkürümü bildirirəm. Allah köməyiniz olsun, Sizi heç vaxt darda qoymasın.

Hörmətlə,

Sətdar Xuduyev

Azərbaycan Respublikası, Goranboy rayonu, Qaraçinar kəndi.