24 iyun 2022, 13:45

Gülnarə Cumayevadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Sizə dərin təşəkkürümü bildirirəm. Ona görə ki, Sizə müraciətim müsbət nəticə vermişdir.

Mənim övladımın sağlamlıq imkanları məhduddur. O, xəstəxanada zəruri müalicə kursları keçməli idi. Bizə kömək göstərilməsi barədə Sizə müraciət ünvanlamışdım və müraciətimin xoş sorağını elə xəstəxanada olarkən aldım. Sahə həkimi zəng vuraraq müraciətimə cavab gəldiyini və övladıma lazımi kömək göstəriləcəyini bildirdi. Sizin sayənizdə hazırda övladıma loqoped və psixoloq dəstəyi göstərilir. Məktubumu cavablandırdığınız üçün mən çox sevincliyəm.

Hörmətli Prezidentim, həmçinin Sizə ona görə təşəkkür edirəm ki, Azərbaycanda belə yaxşı şəraitli xəstəxanalar inşa etdirmisiniz. Bir qərib ananı gözüyaşlı qoymadınız. Ömrünüz uzun olsun. Mənim atam, anam, qardaşım, bacım yanımda olmasa da, arxamda dağ kimi duran Azərbaycan dövləti var. Sizə çox minnətdaram.

Biz ayrı-ayrı dövlətlər olsaq da, bir millətik. Bunu bir daha hiss etdim.

Hörmətlə,

Gülnarə Cumayeva

Türkmənistan vətəndaşı

Azərbaycan Respublikası, Abşeron rayonu, Hökməli qəsəbəsi.