23 iyun 2022, 13:30

Xəyyam Hüseynovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən 2014-cü ildən Azərbaycan Ordusunda feldşer vəzifəsində xidmət edirəm. 44 günlük Vətən müharibəsində iştirak etmişəm, döyüşlərdə göstərdiyim şücaət nəzərə alınaraq Kəlbəcər, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunmuşam. Dövlətimin diqqət və qayğısını hər zaman hiss edirəm və bundan çox razıyam.

Bu ilin mart ayında ailəmiz faciə ilə üzləşmişdi. Evimiz yanmış, atam faciəli şəraitdə vəfat etmişdir. Həmin çətin anlarda dövlətim bir daha mənə arxa-dayaq oldu. Müraciətim əsasında, problemlərimizin həllində bizə kömək göstərildi.

Mən bir hərbçi və Vətən müharibəsi iştirakçısı olaraq, özümün və ailəmin adından Sizə dərin təşəkkürümü bildirirəm.

Cənab Ali Baş Komandan, Sizin əmrlərinizi yerinə yetirməyə bir hərbçi kimi hər an hazıram.

Hörmətlə,

Hüseynov Xəyyam Tofiq oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri