22 iyun 2022, 15:34

Fatma İsmayılova və Esmira Dəmirovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Çətinliklə üzləşən hər bir vətənpərvər azərbaycanlı Sizi özünə ən böyük dayaq, kömək bilir. Siz öz qayğıkeşliyinizlə, sosial məsələlərə həssas münasibətinizlə, müraciətlərimizə diqqətinizlə xalqımızın gözündə daha da ucalırsınız.

Biz aztəminatlı ailənin üzvləri olaraq, Sizin qayğınızı öz üzərimizdə hiss edən vətəndaşlarıq. Buna görə şəxsən öz adımızdan və ailələrimizin adından Sizə minnətdarlığımızı bildiririk.

Bu günlərdə müraciətlərimiz əsasında bizə bir daha kömək göstərilmiş, dəstək olunmuşdur. İnanırıq ki, Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasət sayəsində gələcəkdə güzəranımız daha da yaxşı olacaqdır.

Əziz Prezidentimiz, Allah Sizi və ailənizi hər zaman qorusun.

Dualarımız həmişə Sizinlədir.

Hörmətlə,

İsmayılova Fatma

Dəmirova Esmira

Aztəminatlı ailənin üzvləri

Azərbaycan Respublikası, Gəncə şəhəri