21 iyun 2022, 19:00

Mustafa Əhmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Doğma yurdumuz Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, öz ərazi bütövlüyünü bərpa etməsi xalqımıza hədsiz sevinc, böyük ruh yüksəkliyi bəxş etmişdir. Bu gün Azərbaycanın hər bir bölgəsinə, hər bir kəndinə nəzər saldıqda insan qəlbi fərəhlənir. Yaşadığım Bakı şəhərinin Nizami rayonunda da son illər ərzində mühüm işlər görülmüşdür. Rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə hər bir sakin adından Sizə öz minnətdarlığımızı bildirirəm. Abadlıq işləri ölkəmizin mənzərəsini dəyişir, sosial problemlər həll olunur, insanlar xoş güzərana qədəm qoyurlar. Biz bu işləri çox yüksək qiymətləndiririk.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması işində də müsbət dəyişikliklər görürük. İndi problemlərimizlə əlaqədar getdiyimiz yerlərdə yaxşı qəbul edilir, öz problemlərimizi sərbəst deyir və dərdimizə çarə tapa bilirik. Elə günlər də olur ki, vətəndaşları narahat edən məsələlərlə yerində maraqlanırlar, lazımi işlər görürlər.

Cənab Prezident, ulu öndərimiz Heydər Əliyev Azərbaycanı yenidən qurdu, Siz isə daha da inkişaf etdirib yüksək zirvələrə qaldırdınız. Allah Sizə uzun ömür, hər zaman möhkəm cansağlığı qismət etsin. Sizinlə fəxr edirik.

Hörmətlə,

Mustafa Əhmədov

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.